“Milan” klubu UEFA Avropa Liqasında iştirakdan imtina edə bilər.

Offsideplus.az xəbər verir ki, buna səbəb “rassionerilər”in UEFA ilə əldə etdiyi razılaşmadır.

“Correire della Sera” nəşri iddia edir ki, klub bu barədə ən gec iyunun 19-da açıqlama verəcək. Əgər klub qitənin ikinci dərəcəli klub turnirində oynamaqdan imtina etsə, onun yerinə Avroliqanın qrup mərhələsində “Roma” çıxış edəcək. “Torino” isə “Roma”nın əvəzinə təsnifat mərhələsində oynayacaq.

Qeyd edək ki, dekabr ayında UEFA “Milan”ı maliyyə feyr-pley qaydalarına riayət etmədiyi üçün Avropa Liqasında əldə edəcəyi 12 milyon avro gəlirdən məhrum etmiş, ayrıca kluba növbəti mövsüm üçün heyətə 21-dən artıq oyunçu daxil etməmək cəzası vermişdi.(matc.az)