İtaliyanın "İnter" klubu növbəti mövsümün ilk transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, "Soşo"nun yarımmüdafiəçisi Lüsyen Aqume İtaliyaya daşınıb.

17 yaşlı hücumameyilli oyunçu ilə "Mançester Siti" və "Barselona" da maraqlanırdı. Lakin "neradzurra" bu mübarizədən qalib ayrılaraq, Fransanın U-17 yığmasının üzvünü heyətinə qatıb. Bu keçid italyanlara 6 milyon avroya başa gəlib.