Transfer çalışmalarını davam etdirən "Yuventus"un ilkin siyahısı bəlli olub.

Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, "qoca sinyora" "Real"ın oyunçularına göz dikib.

Belə ki, müdafiəçi Marselo və yarımmüdafiəçilər İsko, Hames Rodriges, həmçinin Dani Sebalyos turinlilərin diqqət mərkəzindədi. Madrid klubu Hames və Sebalyosu onsuz da, transferə çıxarıb. İspanlar hətta Marselonun gedişinə də qarşı deyil.

"Real" rəhbərliyi oyunçularla bağlı qərarı yeni transferlərə görə verəcək.