Fransa yığmasının baş məşqçisi Didye Deşam "Yuventus”un baş məşqçi postunu tuta bilər. 
Offsideplus.az xəbər verir ki, "Yuve” rəhbərliyinin baş məşqçi postuna əsas namizədi məhz Deşamdır. Belə bir məlumat hazırkı baş məşqçi Massimilano Alleqri ilə klub prezidenti Andrea Anyelli arasında keçirilən görüşdən sonra gündəmə gəlib. 
Görüş mayın 8-də olub. Didye Deşam 2006/2007 mövsümündə "Yuve”də çalışıb və komandanı korrupsiya qalmaqalından sonra A seriyasına yüksəldib.