İtaliyanın “Palermo” klubu cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, İtaliya Futbol Federasiyası “Palermo”nu C Seriyasına göndərib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Buna səbəb, klubun maliyyə qaydalarını pozması olub.

Bu mövsüm B Seriyasında çıxış edən və A Seriyasına yüksəlmək üçün pley-off mərhələsində olan “Palermo”, növbəti mövsümdə C Seriyasında mübarizə aparacaq. “Palermo”nu pley-off oyunlarında “Peruca” klubu əvəz edəcək.