“Yuventus”un müdafiəçisi Andrea Barzaqli mövsümün sonunda futbolçu karyerasını bitirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə 37 yaşlı futbolçu İtaliya mətbuatına açıqlamasında deyib. Barzaqli, cari mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini bildirib.

Karyerası ərzində “Askoli”, “Volfsburq”, “Kyevo”, “Palermo” kimi klubların şərəfini qoruyan Barzaqli, 2011-ci ildən “Yuventus”da çıxış edir. Müdafiəçi 74 dəfə də İtaliya millisində forma geyinib.