"Yuventus" klubu futbolçusu Paulo Dibalanı satmağa hazırdır. 

Offsideplus.az xəbər verir ki, "Qoca sinyora" "Benfika"nın hücumçusu Joau Feliksi almaq üçün argentinalı oyunçunu satmağı planlaşdırır. "Yuventus"a 19 yaşlı futbolçunun transferinə ən azı 100 milyon avro lazım olduğu vurğulanıb. Klub Dibalanı sataraq Feliksi heyətinə cəlb etməyi düşünür.

Qeyd edək ki, Dibalanın "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatır