İtaliya superkubokunda "Yuventus" və "Milan" arasında keçiriləcək oyunun yeri və vaxtı müəyyənləşib.

Offsideplus.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, görüş yanvarın 16-ı Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

Qeyd edək ki, İtaliya superkubokunu son olaraq "Latsio" qazanıb.