İtaliyanın "İnter" klubunun hücumçusu Lautaro Martinesidarə etdiyi avtomobil ilə qadın velosipedçini vurub.

Offsideplus.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, qəza nəticəsində qadın yüngül xəsarət alıb və Milan xəstəxanasına yerləşdirilib.

Zərərçəkən və futbolçunun həyatı üçün heç bir təhlükə yoxdur.

Milan polisi fakla bağlı araşdırmaya başlayıb.