Qadınlardan ibarət yığmamızın futbolçusu Jalə Məhsimova karyerasını Rusiyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, Məhsimova Sankt-Peterburq "Zenit"inə transfer edilib.

O, daha əvvəl Rusiyada "Torpedo”, Azərbaycanda isə "Sumqayıt", "Səbail” və "Uğur” klublarında çıxış edib.