"Zenit" klubunun hücumçusu Aleksandr Kokorinin məşq zamanı vurduğu gözəl qol sosial şəbəkələrdə çoxlu baxış sayı əldə edib.

Görüntülər klubun "Twitter" və "Instagram" səhifələrinə yerləşdirilib.

Qeyd edək ki, 2019-cu ilin may ayında Moskva məhkəməsi davada iştirak etdikləri üçün Rusiya yığmasının futbolçuları Aleksandr Kokorin və Pavel Mamayevi həbs cəzasına məhkum etmişdi.