Azərbaycanlı futbolçu Kamran Əiyev Rusiya çempionatının 1-ci divizionunda növbəti qollarını vurub. 

Offsideplus.az xəbər verir ki, o, 17-ci turun “Mordoviya”ya qarşı doğma meydanda keçirilən matçında (4:0) iki qola imza atıb. Start heyətdə meydana çıxan Kamran 6 və 47-ci dəqiqədə fərqlənib, 79-cu dəqiqədə isə əvəzlənib.

Qeyd edək ki, bu, Əliyevin hazırkı mövsümdə 7-ci qolu olub.