Rusiyalı iki futbolçu Aleksandr Kokorin və Pavel Mamayev vaxtından əvvəl azadlığa buraxılıb. 

Offsideplus.az xəbər verir ki, oyunçularla yanaşı, Aleksandr Kokorinin qardaşı Kirill Kokorin də azadlığa çıxıb. Onlar məhkəmə qərarı qüvvəyə mindikdən 10 gün sonra cəzaçəkmə müəssisəsini tərk ediblər.

Aleksandr Kokorinin bu həftə “Zenit”də tibbi baxışdan keçib, komandaya qoşulacağı da bildirilib.

Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs edilmişdilər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunublar.