Yığmamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo” Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb. 

Offsideplus.az xəbər verir ki, komanda 7-ci turda “Tombov”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

R.Şeydayev sözügedən matçda iştirak etməyib. O, səfər matçını ehtiyat oyunçular siyahısından izləyib.Bunadək Ramil ilk 11-likdə meydana çıxırdı.

 Lakin geridə qalan 6 turda futbolçumuz bir dəfə də olsun qol vura bilməyib. Buna görə də o, Rusiya mediasında tənqid olunub.