Rusiya Premyer Liqasında ikinci turun oyunları keçirilir. 

Offsideplus.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Arsenal" bu tur səfərdə "Krılya Sovetov"un qonağı olub. Görüş Tula təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Arsenal" bu nəticədən sonra xallarının sayını 4-ə çatdırıb və hələlik liderliyə yüksəlib. Samara təmsilçisi isə 3 xalla 3-cü sırada qərarlaşıb.