Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 2019/2020 mövsümünə start verilir.

Mövsümün açılış matçında Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin potensial rəqibi olan “Arsenal” Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Dinamo”nu qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

12 iyul

21:00. “Arsenal” – “Dinamo”

13 iyul

17:30. “Ural” – “Ufa”

20:00. “Spartak” – “Soçi”

22:30. “Rostov” – “Orenburq”

14 iyul

17:30. “Krılya Sovetov” – MOİK

20:00. “Zenit” – “Tambov”

22:30. “Axmat” – “Krasnodar”

15 iyul

21:00. “Lokomotiv” – “Rubin”

Qeyd edək ki, ötən mövsüm “Krılya Sovetov”un formasını geyinən Şeydayev yay fasiləsində “Dinamo” ilə 1 illik müqavilə bağlayıb. “Neftçi” isə Avropa Liqasının I təsnifat mərhələsində Moldova təmsilçisi “Sperantsa”nı səfərdə 3:0 hesabı ilə məğlub edib.