Rusiyanın “Ufa” klubu  Moskva “Spartak”ının yetirməsi olan 19 yaşlı azərbaycanlı futbolçu Turqay Möhbalıyevi transfer edib.

Offsideplus.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, onunla uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki,  Naxçıvanda dünyaya gələn müdafiəçi ötən mövsüm "Spartak"ın gənclər komandasında 28 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib. O, həmçinin Rusiyanın U-19 komandasında 4 oyundaiştirak edib.

Xatırladaq ki, “Ufa”nın əsas komandasında digər azərbaycanlı futbolçu Azər Əliyev də forma geyinir.