“Mançester Siti” 2 futbolçunun transferini reallaşdırmaq üzrədir. 

Offsideplus.az xəbər verir ki, “Napoli”nin yarımmüdafiəçisi Jorjinyo və “Lester”in xavbeki Riyad Marez karyeralarını “şəhərlilər”in heyətində davam etdirməyə yaxındırlar. 

“Mançester Siti” İtaliya millisinin formasını geyən Jorjinyo üçün 42, əlcəzairli Marez üçün isə 60 milyon funt ödəyəcək. Hər iki keçidin qarşıdakı günlərdə rəsmiləşəcəyi bildirilir.  (qol.az)