"Liverpul" klubu "Barselona"nın gənc futbolçusu Usman Dembeleni heyətinə qatmaq istəyir.

Offsideplus.az Britaniya mediasına istinadən xəbər verir ki, "mersesaydlılar" Çempionlar Liqasının finalındakı məğlubiyyətdən sonra heyəti daha da gücləndirmək niyyətindədir. "Monako"dan Fabinyonun keçidini həll edən klubunun diqqəti bu dəfə 21 yaşlı fransız futbolçuya yönəlib. Baş məşqçi Yurgen Klopp verdiyi açıqlamaların birində Dembeleni öz sərəncamında görmək istədiyini bildirib. "Barselona"nın 150 milyon avroya Dortmund "Borussiya"sından transfer etdiyi fransız oyunçu demək olar ki, mövsüm ərzində heç nə ilə yadda qalmadı. Zədə səbəbi ilə heyətdən kənar qalan futbolçunun yayda komandasından ayrılacağı istisna edilmir.

Qeyd edək ki, Dembele ötən il "Borussiya"dan Kataloniya təmsilçisinə transfer edilib.