"Fənərbağça"ya transferi gözlənilən Məsut Özil əvvəllər də kömək etdiyi kiçik dostuna bir daha yardım əli uzadıb.

Offsideplus.az xəbər verir ki, türk əsilli futbolçu Keniyada yaşayan 9 yaşlı Laurens Masira və dostlarına hədiyyə göndərib. Keniya hökuməti 2021-ci ilin 4 yanvarından məktəbləri açıq elan edəndən sonra dərslərə maska ilə gəlməyin şərt olduğunu bildirib. Bunun ardınca "Arsenal"lı futbolçu Laurensə imzalı şəklini və 1000 ədəd maska göndərib.

Qeyd edək ki, inəklərə otararkən Özilin formasını geyinən 9 yaşlı uşağa Məsut Özil 2019-cu ildə öz formasını və idman ayaqqabısı göndərmişdi.

 

b32abeb78b3c48c7aa81feff6025a2c8