İngiltərə Premyer Liqası klubu "Mançester Siti" ciddi ittihamla qarşı-qarşıyadır.

Offsideplus.az The Athletic-ə istinadən xəbər verir ki, "şəhərlilər" 10 il əvvəl etdiyi dələduzluqla günahlandırılır. Belə ki, "Siti" klubu 2011-ci ildə braziliyalı futbolçu Qabriel Fernando Almeydanı akademiyaya cəlb edərkən qanunsuzluğa yol verib.

Həmin dönəmdə 14 yaşı olan futbolçu ilə müqavilə imzalamaq olmazdı. Buna görə də klub rəhbərliyi akademiyada qondarma skaut vəzifəsi təsis etməklə futbolçunun atasına aylıq 100 000 avro məvacib verib. Bunun qarşılığında ailə sonda oğulları üçün "Mançester Siti"ni seçməli idi. 

Bu səbəbdən "Siti"nin başı hazırda bəladadır. Klubun ciddi sanksiya ilə üzləşə biləcəyi gözlənilir.