Məşhur virusoloq maraqlı iddia ilə çıxış edib.

Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, Culian Tanq İngiltərə Premyer Liqasında qadağanın tətbiq olunmasını istəyir. Tanqın fikrincə, futbolçuları oyun ərzində sevinc hisslərini qucaqlaşıb-öpüşməklə biruzə verməməlidirlər. Bu, virusun yayılmasına səbəb olur. Virusoloq iddia edir ki, bu cür hallar baş verdikdə futbolçular öncə cərimələnməli, eyni hal təkrarlandıqda diskvalifikasiya olunmalıdır.

Qeyd edək ki, Premyer Liqanın bəzi klubları azarkeşlərin müəyyən hissəsinin tribunalarda olmasına qərar vermişdilər. Yeni növ virusun gündəmə gəlməsindən sonra arenaların qapıları yenidən bağlandı.