İngiltərə Premyer Liqasının I turundan təxirə salınmış oyunda “Bernli”nin qonağı olan “Mançester Yunayted” 1:0 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, bununla xallarının sayını 36-ya çatdıran “mankunianlar” turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Ən yaxın izləyicisi “Liverpul”u 3 xal qabaqlayan “Mançester Yunayted” son 8 ildə ilk dəfə Premyer Liqaya liderlik edir. Komanda axırıncı dəfə 2013-cü ilin yanvarında turnir cədvəlinə başçılıq edib.