"Tottenhem"ə getməkdənsə, karyeramı bitirərəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri Məsut Özil "tvitter" hesabında azarkeşlərin suallarını cavablayarkən deyib. "Tottenhem"ə keçmək yoxsa, karyeranı bitirmək?" sualına 32 yaşlı yarımmüdafiəçi "Asan sualdır, karyeramı bitirmək!" deyə cavablayıb. 

"Tottenhem"in baş məşqçisi Joze Mourinyodan mətbuat konfransında bununla bağlı soruşanda isə o bu sözləri deyib: 

"Kim ona dedi ki, "Tottenhem" onunla maraqlanır?"