"Qarabağ"ın keçmiş qapıçısı Asmir Beqoviç karyerasını İngiltərənin "Arsenal" klubunda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, hazırda Çempionşip təmsilçisi "Bornmut"da çıxış edən Bosniya və Herseqovina millisinin üzvü "topçular"ın maraq dairəsinə düşüb.

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ"da keçirib.