İngiltərə Premyer Liqası klubu "Arsenal"ın oyunçusu Co Uillok qəza edib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı ingiltərəli məşqə gedərkən avtomobil qəzası törədib. O, 140 000 funt-sterlinq dəyərində olan Mercedes-Benz G-Class avtomobilinin idarəetməsini itirib.

Arxadan gələn avtomobilin sürücüsü Uillokun maşından çıxmasına kömək edib. Avtomobilə ciddi ziyan dəysə də, ingiltərəli oyunçu xəsarət almayıb.

Həmin görüntüləri təqdim edirik: