Gələn həftə Avropa Liqasının qrup mərhələsində "Emirates Stadionu"nda baş tutacaq  "Arsenal" - "Rapid Vyana" görüşünə azarkeşlər buraxılacaq.

Offsideplus.az xəbər verir ki, hökumətin bəyanatında azarkeşlərin sayı pandemiya səbəbindən hələ ki, 2000 nəfər civarında olacağı qeyd olunub.. Bu say ilk dövrlər üçün bütün ev oyunlarına aid ediləcək. 

Pandemiyada vəziyyət yaxşıya doğru gedərsə, stadionlara daha çox azarkeş qəbul ediləcək.