"Çelsi" bu yay azad agent kimi heyətinə qatdığı Tiaqo Silva ilə razılaşmanı yeniləmək istəyir.

Offsideplus.az SkySports-a istinadən xəbər verir ki, "zadəganlar" 36 yaşlı braziliyalı ilə müqavilənin müddətini 2022-ci ilə qədər uzatmağı planlaşdırır.

Avqustun sonunda "Çelsi"yə keçən Silva ilə müqavilənin şərtləri 1+1 illik idi. Bu şərtlər altında "Çelsi" müdafiəçisi ilə müqaviləni 2022-ci ilə qədər uzada bilər.