İngiltərə Premyer Liqası nəhəngi Lionel Messini 10 illik müqavilə şərti ilə heyətinə qatmaq istəyir.

Offsideplus.az Sportsmail-ə istinadən xəbər verir ki, yay transfer dönəmində qalmaqallı şəkildə "Barselona"dan ayrılmaq istədiyini bildirən Messinin komandadan ayrılacağı məlumdur. "Mançester Siti" isə argentinalı ulduzun gedəcəyi ən ağlabatan klubdur. Belə ki, "şəhərlilər"in Messi ilə onillik müqavilə bağlamaq istədiyi bildirilir.

İlk olaraq, Lionel Messinin Pep Qvardiolanın rəhbərliyi altında "Siti"də forma geyinəcəyi planlaşdırılır. Planın ikinci hissəsində isə dünya üzərindən 10 komandanın birləşdiyi "Siti Futbol Qrupu" ilə əməkdaşlığa başlayacaq. Bununla da, Messinin ABŞ-da "Nyu-York Siti"də çıxış edəcəyi gözlənilir.