"Arsenal"ın heyətindən çıxarılan Məsut Özilə bu dəfə "Vatford"un kapitanı Troy Dinidən dəstək gəlib.

Offsideplus.az TalkSport-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu baş verənlərdə Özilin bir günahının olmadığını bildirib.

"Məsut Özilə edilən çox utancvericidir. Keçən həftə də bunu dedim və reaksiya aldım. O rəqib olduğum ən yaxşı oyunçulardan biridir. İnsanlar bağlı qapılar arxasında nələr baş verir bilmirlər. Çox güman ki maaşla bağlı bir problem var. Azaltmaq istədiklərini bildirəndə isə futbolçu normal olaraq düşünə bilər: "Başına silah dayayıb bu pulu təklif et demədim".

Xatırladaq ki, "Arsenal" Məsut Özili həm Avropa Liqası, həm də İngiltərə Premyer Liqasındakı oyunlarda iştirak üçün heyətindən çıxarıb.