Komandada yenidənqurmaya başlayan "Mançester Siti" əsas transfer hədəfini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Pep Qvardiola ilk seçimini Cek Qriliş üstündə saxlayıb. Harri Keyn və Lionel Messi kimi bir çox ulduzlarla adı hallanan "Siti" üstünlüyü 25 yaşlı ingilisə verib. Belə ki, klub "Atson Villa"da çıxış edən Qriliş üçün 100 milyon funt-sterlinq (133 milyon dollar) ödəməyə hazırdır.

Qeyd edək ki, "şəhərlilər" yayda Qrilişi heyətə qatmaq istəsə də, 70 milyon funt-sterlinqin çox olduğunu deyib transferdən imtina etmişdilər.