"İnter"in "vuran ayağı" Romelu Lukaku yayda "Mançester Siti"yə keçə bilərdi.

Lakin tərəflər pul məsələsində ortaq məxrəcə gələ bilmədiyindən transfer baş tutmadı.

Offsideplus.az ""The Telegraph"a istinadla xəbər verir ki, italyanlardan ingilislərdən Lukakuya görə ciddi məbləğ tələb edib. "Şəhərlilər" Belçika millisinin forvardına görə ən yaxşı halda 78,5 milyon ödəməyə hazır olsa da, Milan təmsilçisi 105 milyon istəyib. Nəticədə Romelonun "Mançester Siti"yə keçidi reallaşmayıb.