Millətlər Liqası oyunlarında futbolçuların zədələnmə və koronavirusa yoluxması baş məşqçilər tərəfindən tənqid olunmağa davam edir. Bu dəfə "Tottenhem"in baş məşqçisi Jose Mourinyo "partlayıb".

Offsideplus.az xəbər verir ki, 57 yaşlı mütəxəssis "İnstaqram" hesabında ad çəkməsə də UEFA və FİFA-nı sərt tənqid edib. Məşqdən şəkil paylaşan Mourinyo, bu sözləri qeyd edib:

"Möhtəşəm futbol həftəsidir! Milli komandaların oyunlarında əla anlar yaşandı, mükəmməl yoldaşlıq görüçləri keçirildi və təhlükəsizlik təmin edildi! Matçlardan sonra koronavirus testinin nəticələri, təlim məşqlərdə meydanda bəxtəbəxt qaçanlar və s. Sadəcə 6 oyunçu ilə baş tutan başqa bir məşqin ardından, indi artıq öz qayğıma qalmalıyam..."