"Tottenhem"in sabiq futbolçusu Mido Xose Mourinyoya təklif göndərib.

Offsideplus.az xəbər verir ki, misirli baş məşqçi bu barədə öz "Tvitter" hesabında yazıb. Belə ki, Modi İngiltərənin Belçikaya məğlubiyyətinin (2:0) ardından komandaya yeni baş məşqçinin gəlməli olduğunu düşünür:

"İngiltərənin doğru-düzgün məşqçiyə ehtiyacı var. Qaret Sautqeyt ilə vaxtlarını boşa verirlər. Sosial şəbəkələrdə həmişə doğru sözlər deyir. Yəqin ki, bu səbəbdən işini bu qədər uzun müddət saxlaya bilib. Amma inanın ki, hər dəfə iş yarımçıq qalanda kəkələyir. Oyunçular da onun qorxusunu hiss edirlər!", - deyə Modi İngiltərə millisinin hazırkı baş məşqçisini tənqid edib.

"Məsləhət görürəm ki, Mourinyonu onun yerinə gətirəsiz".

Qeyd edək ki, Mourinyo artıq bir ilə yaxındır ki, "Tottenhem"i çalışdırır.