İngiltərə Premyer Liqasında VI turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün 4 oyun baş tutacaq.

Turun mərkəzi matçında "Mançester Yunayted" "Çelsi"ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20:30-da başlayacaq.

Son çempion "Liverpul" öz meydanında "Şeffild Yunayted"lə, "Vest Hem" "Mançester Siti" ilə, "Fulhem" isə "Kristal Pelas"la münasibətlərə aydınlıq gətirəcək.