İngiltərə Premyer Liqasının VI turunda "Lidz Yunayted" səfərdə "Aston Villa"nı məğlub edib.

Offsideplus.az xəbər verir ki, ilk hissəsi qolsuz keçən matçın ikinci hissəsində qonaqların heyətində Patrik Bemford 19 dəqiqədə het-trik edərək komandasına 3 xal qazandırıb - 0:3. 

Bu,  "Aston Villa"nın ilk məğlubiyyəti olub. Bemford isə cari mövsümdə vurduğu qol sayını 6-ya yüksəldib.

Qeyd edək ki, "Lidz" hazırda 10 xalla üçüncü, "Aston Villa" isə 12 xalla ikincidir.