İngiltərə "Liverpul"unun gənclərdən ibarət komandasının futbolçusu Tom Brüit maraqlı etirafla yadda qalıb. 

Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçi qonaq olduğu "Football Journeys" verilişində əsas komandaya düşmək üçün məşq zamanı onunla eyni mövqedə çıxış edən Deniel Klirini zədələdiyini bildirib. Müdafiəçi hərəkətindən utanmadığını bildirməklə yanaşı bununla fəxr etmədiyini deyib.: "Məşq zamanı hər zaman ona yaxın oynayırdım və davamlı olaraq ayaqlarına vururdum. Klirini çox incitməməyə çalışırdım. Amma oynaya bilməməsi üçün əlimdən gələni edirdim. Nəticədə, münasib məqamda ona kobud sürüşmə fəndi edə bildim".

Qeyd edək ki, Deniel Klerini zədələməsinə baxmayaraq, Tom Brüitin özü də eyni səbəbdən əsas komandada debüt edə bilməyib.