“Liverpul” klubu “Zenit”ə transfer edilən futbolçusu Deyan Lovrenin əvəzləyicisini tapıb.

Offsideplus.az xəbər verir ki, "qırmızılar" “Betis”in futbolçusu Aysse Mandini heyətinə qatmaq niyyətindədir.

Eyni adlı şəhərin təmsilçisi 21 yaşlı müdafiəçi üçün “Betis”ə rəsmi təklif də göndərib.

Sözügedən futbolçunun komandası ilə 2021-ci ilin yayında bitəcək müqaviləni yeniləmək niyyətində olmadığı bildirilir.