“Tottenhem” klubu dünən Premyer Liqanın 36-cı turunda “Nyukasl”ı 3:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, həmin görüş London təmsilçisinin hücumçusu Harri Keyn üçün əlamətdar olub. 

Matçda dubl edən Keyn, karyerasındakı 200 və 201-ci qollarına imza atıb. 26 yaşlı hücumçu bu saya 350 oyunda çatıb.