“Mançester Yunayted” növbəti mövsümün hazırlıq planında 6 futbolçuya yer verməyib.

Offsideplus.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yayda Kris Smollinq, Fil Jonson, Diequ Dalot, Markos Roxo, Jessi Linqard və Aleksis Sançeslə yolları ayıracaq.

Digər tərəfdən, koronavirusun futbola vurduğu maddi zərər səbəbindən klubun sözügedən futbolçuları sataraq büdcəni nəzarət altında saxlamaq istədiyi iddia olunur.