Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı tura start verilib.
Offsideplus.az xəbər verir ki, turun açılış matçında “Çelsi” liqa ilə vidalaşacağı dəqiqləşən “Norviç”i qəbul edib. London təmsilçisi bu oyunda minimal hesabla üstün olub. Yeganə qol 45-ci dəqiqədə penaltidən vurulub. Jirunun qolu "Çelsi"yə 3 xal qazandırıb.
Hazırda "zadəganlar" 63 xalla üçüncü pillədədir. 
Matçın icmalını təqdim edirik: