Londonun "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Offsideplus.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "topçular" "Roma"nın futbolçusu Castin Kulivertlə yaxından maraqlanır. 

Premyer Liqa təmsilçisi artıq 21 yaşlı niderlandlı vinqerlə danışıqlar aparıb və yay transfer pəncərəsində qarşı tərəfə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Kulivert 2018-ci ildən "Roma"da çıxış edir.