"Mançester Siti" klubunun növbəti iki mövsüm ərzində UEFA Çempionlar Liqasından kənarlaşdırılması qərarı ləğv olunacaq.

Offsideplus.az xəbər verir ki, jurnalist İan Çizmen özünün "Tvitter" hesabında məlumat verib.

O, İdman Arbitraj Məhkəməsinin (CAS) klubun müraciətini təmin edəcəyini bildirilib. Jurnalist CAS-ın bununla bağlı qərarını iyulun 13-ü rəsmən açıqlayacağını bildirib.

Qeyd edək ki, "Siti" feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən 2 illik avrokuboklardan uzaqlaşdırılıb və 30 milyon avro məbləğində cərimələnib.