FİFA “Arsenal” klubunu cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, qurum transfer qaydalarını pozduğu üçün “Arsenal”a 40 min isveçrə frankı məbləğində pul cəzası verib və xəbərdarlıq edib.

“Arsenal” 2018-ci ildə PAOK-a keçən Çuba Ekpomun və İtaliya təmsilçisi “Frosinone”yə transfer olunan Coel Kempbellin keçidinə görə cəza alıb.