"Arsenal" klubu futbolçusu Qabriel Martinelli ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı hücumçu ilə müqavilənin müddəti 2024-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Martinelli bu mövsüm 26 matçda 10 qol vurub.