“Mançester Yunayted” klubu futbolçusu Eyncel Qomeslə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki,  “Qırmızı şeytanlar” 19 yaşlı yarımmüdafiəçinin müddəti bitən müqaviləsini yeniləməyib.

Eyncel Qomes “Mançester Yunayted”in yetirməsidir. O, bu mövsüm Premyer Liqada beş oyunda iştirak edib.