"Tottenhem" klubu növbəti mövsüm üçün transferlərə 130 milyon funt sterlinq ayıracaq.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo bu qədər məbləğə sərəncamına yeni futbolçular əlavə edə bilər.

Belə ki, hazırda İngiltərə təmsilçisinin əsas transfer hədəfi "Leyptsiq"in yarımmüdafiəçisi Marsel Sabitzerdir. Bundan başqa, transfer siyahısında Joffi Kondoqbiya ("Valensiya"), Yusef Atal ("Nitsa"), Camal Luis ("Norviç") və Eder Militaonun ("Real") olduğu iddia edilir.