"Mançester Siti" baş məşqçisi Xosep Qvardiola koronavirus pandemiyası ilə mübarizəyə 1 milyon avro yardım ayırıb.

Offsideplus.az xəbər verir ki, məlumatı "Evening Standard" yayıb.

Kateloniyalı mütəxəssis həmin vəsaiti lazımi sanitar materalları almaq üçün pul toplayan Barselona Tibb Kollecinə vəsait göndərib. Bütün ləvazimatlar Kataloniya ərazisindəki klinikalarda istifadə olunacaq.