Futbol üzrə İngiltərə Premyer Liqasında XXVIII tura start verilib.

Offsideplus.az xəbər verir ki, bu gün 3 oyun baş tutub. "Mançester Yunayted" səfərdə "Everton"un qonağı olub. Oyun 1:1 hesabı ilə bitib. "Tottenhem" isə doğma meydanda "Vulverhempton"u sınağa çəkib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Liverpul" 79 xalla turnir cədvəlinə başçılıq edir. "Qırmızılar" ən yaxın izləyicisi "Mançester Siti"ni 22 xal qabaqlayır.