İdman Arbitraj Məhkəməsi (CAS) "Mançester Siti"nin UEFA tərəfindən iki il müddətinə Avrokuboklardan kənarlaşdırılması ilə bağlı edilən müraciətinin qəbul olunduğunu təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, ali qurum bu məsələ ilə bağlı müraciətə baxılacağını bildirib. Mançester təmsilçisi UEFA-nın qərarının səhv olduğunu iddia edir, və bu yöndə öz mübarizələrini sona qədər davam etdirəcəyini bəyan edib.

Qeyd edək ki, UEFA "Mançester Siti"ni maliyyə "fair-play" qaydalarını pozduğuna görə, iki il müddətinə Avrokuboklarda çıxışdan məhrum edib, həmçinin "şəhərlilər" 30 milyon avro məbləğində cərimə də edilib.